Tac Mahal Hindistan millətçilərinin hədəfinə çevrilir

9-05-2022, 00:00           
Tac Mahal Hindistan millətçilərinin hədəfinə çevrilir
Teref.az yazır ki, dünyanın yeni yeddi möcüzəsindən biri sayılan (2007-ci ildə verilmiş BMT-nin rəsmi qərarına əsasən) Tac Mahal Hindistan millətçilərinin nişangahına çevrilib.1632-1653-cü illərdə Moğol memarlıq üslubunda mərmərdən tikilmiş 74 metrlik məscid bütün dünyada Hindistanın rəmzi kimi tanınır. Təsəvvür edirsizmi? Bir bundist ölkənin rəmzi müsəlman tikilisidir.
Hindistanın baş naziri Narendra Modi və onun millətçi (The Bharatiya Janata Party) təşkilatı 2014-cü ildən iqtidardadır. Onlar iqtidara gələndən Hindistanda müsəlmanlara qarşı amansız basqılar şiddətlənib. Hindistanda isə 220 milyindan çox müsəlman yaşayır. Moğollar dönəmində tikilmiş nə qədər məscid özülünə qədər dağıdılıb. İndi də Tac Mahala əl uzatmaq istəyirlər.
Qeyd edim ki, Cahan şahın xanımı Ərcümənd banu gözəlliyi, zəkası, yaxşı əməlləri ilə bütün imperatorluğun könlünü fəth etmişdi. O, həm də Mümtaz Mahal kimi tanınırdı.Cahan şah Ərcümənd xanımın vəfatından sonra Tac Mahalı onun şərəfinə ucaldıb...
İndi Hindistan millətçiləri iddia edir ki, Tac Mahalın daxilində gizli saxlanılan 20 otaq var. Həmin otaqlarda qədim Hindistan ilahələrinin abidəsi və qədim əlyazmalar gizlədilib. Millətçilər həmin otaqların açılmasını tələb edirlər. Bu barədə Hindistanın "The Hindustan Times" qəzeti məlumat verib. Təbii ki, bu tələbin arxasında məkrli planlar dayanıb...
Şübhəsiz ki, Tac Mahalın müdafiəsi üçün bütün İslam dünyası, xüsusən türk dövlətləri ayıq-sayıq olmalıdır. Tac Mahal bir türk abidəsidir və möhtəşəmliyi ilə bütün dünyanı heyrətdə qoyur...
Elbeyi Həsənli
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.