Özbəkistanın SƏRT CAVABI: Birlik dövləti yoxdur!

9-05-2022, 08:18           
Özbəkistanın SƏRT CAVABI:
Özbəkistan Rusiya və Belarusun İttifaq Dövlətinə daxil olması ilə bağlı bəyanatlarını təxribat hesab edir.

KONKRET.az xəbər verir ki, bu barədə Özbəkistan Xarici İşlər Nazirliyi məlumat yayıb. Məlumatda bildirib ki, bəzi xarici ölkələrin liderlərinin ölkənin Rusiya və Belarusun İttifaq Dövlətinə daxil olması ilə bağlı bəyanatlarını “təxribat” hesab edir.

Özbəkistan Respublikası Xarici İşlər Nazirliyinin bəyanatında deyilir: “Son zamanlar bəzi xarici nəşrlər hadisələri işıqlandırmaqda obyektivlik və qərəzsizlik iddiasında olaraq, xarici dövlətlərin ayrı-ayrı rəhbərlərinin İttifaq dövlətinin genişlənməsi və Özbəkistan Respublikasının ona qoşulması ilə bağlı əsassız bəyanatlarını təkrarlamaqda davam edirlər.

Bununla əlaqədar, Özbəkistanın xarici tərəfdaşlarla dostluq münasibətlərinə xələl gətirə biləcək bu cür təxribat xarakterli hərəkətlərin yolverilməzliyini bir daha bəyan edirik.

Özbəkistan Respublikası ölkənin müstəqilliyini və suverenliyini yalnız milli maraqlara əsaslanaraq təmin etmək məqsədilə bundan sonra da seçdiyi müstəqil inkişaf kursunu qətiyyətlə davam etdirəcək”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru