Xəstə baxıcısı ahıl kişini balkondan aşağı atdı

10-05-2022, 17:02           
Xəstə baxıcısı ahıl kişini balkondan aşağı atdı
İzmirdə yaşlı bir kişini xəstə baxıcısı balkondan aşağı atılıb.

Yenisabah.az xəbər verir ki, polis tərəfindən saxlanılan qadın qətldən əvvəl qoca ilə aralarında mübahisə olduğunu bildirib.

65 yaşlı Sait Əli Büyükbaş və 53 yaşlı baxıcı arasında hələ məlum olmayan səbəblərdən mübahisə düşüb. Evin qonaq otağında mübahisə zamanı qadın onu balkona çıxarıb, daha sonra onu aşağı itələyib.

Büyükbaş yerdə hərəkətsiz qaldıqdan sonra qadın təcili yardıma xəbər verib.

Ahıl kişinin öldükdən sonra baxıcı saxlanılıb. Cinayəti etiraf edən qadını qarşıda məhkəmə gözləyir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru