Türkiyə ABŞ-dan 400 milyon dollarlıq silah alacaq

12-05-2022, 09:28           
Türkiyə ABŞ-dan 400 milyon dollarlıq silah alacaq
Türkiyə ABŞ-a F-16 döyüş təyyarələri üçün raket və radarların alınması məqsədilə 400 milyon dollarlıq sorğu təqdim edib. Sorğuya Konqres tərəfindən baxılacaq.

Məlumata görə, Bayden administrasiyası Konqresin hər iki palatasındakı əsas liderlərdən Türkiyənin tələbinin qəbul edilməsini xahiş edib.

Xatırladaq ki, Türkiyə daha öncə 40 ədəd "F-16 Block 70” qırıcısı və mövcud təyyarələri üçün 80 ədəd yenilənmə dəsti almaq niyyətini açıqlayıb.

Qeyd edək ki, hazırda Türkiyə Hərbi Hava Qüvvələrində Blok 30, Blok 40, Blok 50 və Blok 50+ konfiqurasiyalarında 230-dan çox F-16 var. (Mənbə: "RİA Novosti”)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru