Rumıniya donanmasının tarixi təlim gəmisi İstanbul boğazında - FOTO/VİDEO

12-05-2022, 10:03           
Rumıniya donanmasının tarixi təlim gəmisi İstanbul boğazında - FOTO/VİDEO
Rumıniya donanmasının 84 yaşlı üçdorlu yelkənli təlim gəmisi hərbi tələbələri ilə birlikdə İstanbul sahilində lövbər salıb. Gəminin Sarayburnu limanına yanaşdığı havadan görüntülənib.

Rumıniya Hərbi Dəniz Qüvvələrinin hərbi təlim gəmisi “Nava Scoala Mircea” səhər saat 11 radələrində Mərmərə dənizindən Bosfor boğazına daxil olub. Dünyada eyni tipli nadir beş yelkənli gəmidən biri olan “Nava Scoala Mircea” üç Sahil Təhlükəsizlik Xilasetmə yedək gəmisinin müşayiəti ilə Sarayburnu limanında lövbər salıb.

1938-ci ildə Hamburqda inşa edilən 82 metr uzunluğundakı üçdorlu təlim gəmisinin göyərtəsində çoxlu sayda hərbi tələbənin olduğu müşahidə edilib. Sahildə olan yerli və xarici turistlər gəminin şəkillərini çəkərək maraqla bu mənzərəni izləyiblər.

Mənbə: Milliyet.com.tr












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru