Türkiyənin yeni pasportlarının dizaynı Yunanıstanda etiraz doğurdu - FOTO

12-05-2022, 15:33           
Türkiyənin yeni pasportlarının dizaynı Yunanıstanda etiraz doğurdu - FOTO
Türkiyənin yeni pasportlarının dizaynı Yunanıstanda etirazlara yol açıb.

Teref.Az metbuat.az-a istinadən xəbər verir ki, Yunanıstan mediası yeni sənədlərin üzərində Ayasofiya məscidinin yer almasını Türkiyənin güc nümayişi kimi təqdim edib. Məsələ barədə Yunanıstanın nüfuzlu media qurumları olan SKAİ TV və Kathimerini qəzetində məlumatlar dərc olunub. Yunan mediası yazır ki, Ayasofiya ilə bağlı Türkiyəyə qarşı təzyiqlər nəticə verməyib. Yunanlar bu məsələdə Prezident Rəcəb Tayyib Ərdoğanın qəti mövqeyinə diqqət yönəldib. "Bu, Türkiyənin ən böyük meydan oxumasıdır. Ayasofiya pasportlarda məscid olaraq yer alacaq" - yunan mediası yazıb. Yeni sənəd yaxın aylarda istifadəyə veriləcək.

Qeyd edək ki, pasportun üzərində Ayasofiya məscidi ilə yanaşı Topqapı sarayı və birinci məclis binasının görünüşü yer alıb. İstanbulda yerləşən Ayasofiya əvvəllər provoslav kilsəsi olub. Daha sonra isə məscidə çevrilib.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru