Türkiyə ərazisi atəşə tutuldu: Yaralananlar var 13-05-2022, 00:02 Türkiyənin Suriya ilə sərhəd ərazisi atəşə tutulub.Bu barədə Türkiyənin Müdafiə Nazirliyi məlumat yayıb.Məlumata görə, Qaziantep əyalətinin Karkamış rayonundakı Köprübaşı sərhəd məntəqəsinə Suriyanın Eyn əl-Ərəb bölgəsindən minaatanlarla atəş açılıb.İnsident nəticəsində 4 hərbçi və 1 mülki şəxsin yaralandığı bildirilib.Nazirlikdən qeyd olunub ki, hadisədən sonra Suriya ərazisində təyin olunan hədəflərə lazımi cavab verilib. Facebook-da paylaş