Rusiya Türkiyənin bu təklifini qəbul etmədi

13-05-2022, 09:33           
Rusiya Türkiyənin bu təklifini qəbul etmədi
Türkiyə hakimiyyəti Mariupoldakı ukraynalı hərbçilərin “Azovstal” zavodundan Berdyansk limanı vasitəsilə təxliyə olunmasını Rusiyaya təklif edib.

Axar.az xəbər verir ki, bu sözləri Krım türklərinin lideri, Ukrayna millət vəkili Mustafa Cəmil deyib.

O bildirib ki, təklifə əsasən təxliyə olunanlar Türkiyəyə gətirilməli və müharibənin bitəcəyi günə kimi bu ölkənin qonağı olmalı idi.

Lakin Rusiya müdafiə naziri Sergey Şoyqu Ankaranın təklifi ilə razılaşmayıb və Mariupolun müdafiəçilərinin təslim olmasını tələb edib.

M.Cəmilin sözlərinə görə, Türkiyə “Azovstal”dakı ukraynalı hərbçilərin həyatının xilas edilməsi üçün danışıqları hələ də davam etdirir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.