Hazırda İsveç və Finlandiya ilə bağlı hadisələri izləyirik, lakin müsbət əhval-ruhiyyədə deyilik.
Axar.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın deyib.
"Bizim NATO müttəfiqlərimizdən və digər ölkələrdən gözləntilərimiz Türkiyənin milli təhlükəsizliyini təhdid edən PKK, FETÖ, DHKP-C kimi terror təşkilatlarına qarşı açıq və aydın mövqe tutmaları və bunu fəaliyyətləri ilə nümayiş etdirmələridir”, - Kalın bildirib.