NATO rəhbərindən Türkiyə açıqlaması

16-05-2022, 09:44           
NATO rəhbərindən Türkiyə açıqlaması
NATO-nun baş katibi Yens Stoltenberq Ukraynadakı müharibəni, Finlandiya və İsveçin NATO-ya üzvlük prosesini dəyərləndirib.

Rusiyanın Ukraynadakı müharibəsinin Moskvanın planlaşdırdığı kimi getmədiyini deyən Stoltenberq Rusiya qüvvələrinin Xarkovdan çəkildiyini bildirib.


Ukraynanın müharibədə qalib gələ biləcəyini vurğulayan NATO-nun baş katibi vurğulayıb ki, bu ölkəyə hərbi dəstəyin artırılması davam etdirilməlidir.

Stoltenberq Türkiyə ilə bağlı açıqlamalar da verib:

“Türkiyə mühüm müttəfiqdir. O, bəzi narahatlıqlarını dilə gətirib və həmişə olduğu kimi, əminəm ki, ortaq dil tapa biləcəyik. Çavuşoğlu ilə təmaslarımızı davam etdirəcəyik. Bütün müttəfiqlər NATO-nun açıq qapı siyasətini dəstəklədikləri üçün İsveç və Finlandiyanın alyansa üzvlüyə uyğun olması ilə razılaşırlar. NATO-ya qoşulmaq Finlandiya, İsveç və Avropa üçün tarixi bir an olacaq”, - deyə Stoltenbeq qeyd edib.

Mənbə: “Haber Global”












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru