Yunus Kılıç: “Azərbaycan liderinin hava limanının açılışında iştirakı önəmli mesajlardandır”

17-05-2022, 10:58           
Yunus Kılıç:
"Azərbaycan liderinin Türkiyədə Rizə-Artvin Hava Limanının açılışında iştirakı dünya birliyinə verilən önəmli mesajlardandır".

Bu fikirləri "Report"un yerli bürosuna müsahibəsində hakim Ədalət və İnkişaf Partiyasının (AKP) Türkiyə Böyük Millət Məclisində Qarsdan olan deputatı Yunus Kılıç bildirib.

“Hesab edirəm ki, Azərbaycan Prezidentinin Rizə-Artvin Hava Limanının açılışında iştirak etməsi və möhtəşəm açılış nitqi, məhz bu siyasətin davam etdirilməsinə hesablanıb", - deputat qeyd edib.

Yunus Kılıç Azərbaycanla Türkiyə arasındaki birliyin səviyyəsinin dünyaya məlum olduğunu vurğulayıb:

"Biz, belə qarşılıqlı səfərlərin, ziyarətlərin önəmini və mahiyyətini dərindən dərk edirik. Daha vacib olan isə dünya birliyinə və beynəlxalq tribunalara bu birliyin sarsılmazlığını bir daha yenidən sübut etməkdir. Azərbaycanın, Türkiyə dövlətinin mənafelərini gözləyərək xarici siyasət yeritməsi, Türkiyənin Rəcəb Tayyib Ərdoğan rəhbərliyi altında İkinci Qarabağ müharibəsindəki birmənalı mövqeyi iki qardaş ölkənin həmrəyliyindən ən başlıca nümunələrdəndir".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru