İsveç və Finlandiya üçün Türkiyə icazəsi: Ankaranın tələbləri açıqlandı

18-05-2022, 08:04           
İsveç və Finlandiya üçün Türkiyə icazəsi:
Bloomberg” agentliyi İsveç və Finlandiyanın NATO-ya üzvlüyünə razılıq verməsi müqabilində Türkiyənin tələblərini açıqlayıb.

Məlumata görə, Ankara İsveç və Finlandiya tərəfindən Kürdüstan Fəhlə Partiyasının və onun törəmələrinin terror təşkilatı elan edilməsini, silah embarqosunun qaldırılmasını, F-35 qırıcıları proqramına yenidən daxil edilməsini və F-16 qırıcılarının yeni alış paketinin təsdiq olunmasını istəyib.

Bununla yanaşı, Türkiyə Rusiyadan əldə etdiyi S-400 zenit-raket kompleksi üzərindən sanksiyaların götürülməsini və ya analoji “Patriot” sistemlərilə təchiz edilməsini tələb edir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru