Memar Sinan tərəfindən tikilmiş 440 illik hamam satışa çıxarıldı - FOTO

18-05-2022, 09:12           
Memar Sinan tərəfindən tikilmiş 440 illik hamam satışa çıxarıldı - FOTO
Türkiyənin İstanbul şəhərində yerləşən 440 illik tarixi olan Ayakapı Hamamı 33 milyon lirəyə satışa çıxarılıb.

Ayakapı Hamamı Memar Sinanın İstanbuldakı 100 unikal əsərindən biridir.

Tarixi hamamı satışa çıxaran Fatih Yıldırımın sözlərinə görə, Ayakapı Hamamının təmir xərcləri 25 milyon lirə edir. Onlarda isə bu məbləğ yoxdur:

“Hamamı satışa çıxarmazdan əvvəl dövlətdə və bələdiyyədə çalışan məsul şəxslərlə danışdıq, lakin heç bir nəticə əldə edə bilmədik”.

Ayakapı hamamı 1582-ci ildə Balatda III Muradın anası Nurbanu Sultan tərəfindən Memar Sinana inşa etdirilib.

Mənbə: Snob Magazin

















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru