"Azərbaycan heç bir ölkədən almadığı rüsumu yalnız bizdən alır" - ETİRAZ

18-05-2022, 18:53           
"Azərbaycan heç bir ölkədən almadığı rüsumu yalnız bizdən alır" - ETİRAZ
Rusiya-Ukrayna müharibəsindən əvvəl 7 gün ərzində Rusiyaya çatan Türkiyənin yük maşınları müharibə başlayandan sonra bir aya çata bilirlər. Bu səbəbdən Türkiyənin yük maşınlarının 70 faizi Azərbaycana üz tutub. Bu, hər yük maşını üçün 700 dollar əlavə xərc yaradıb.

Teref.az Türkiyə mətbuatına istinadən xəbər veirrki, Beynəlxalq Nəqliyyatçılar Assosiasiyasının İdarə Heyətinin üzvü Abdullah Özer bildirib: “Biz Azərbaycandan rüsum almadığımız halda, Azərbaycan heç bir ölkədən almadığı rüsumu yalnız bizdən alır. Xərclərimizi artıran bu vəziyyət bizi digər ölkələrin daşıyıcıları ilə rəqabətdə uduzdurur. Xarici dövlət nömrə nişanlı avtomobillər daha ucuz gedib-gəldikəri üçün ixrac mallarımızı onlar daşıyırlar”.

Abdullah Özer əlavə edib:

“Gürcüstan-Rusiya sərhədində Rusiya hakimiyyətinin ayrı-seçkilik əməlləri ilə üzləşdiyimizdən Rusiya-Azərbaycan sərhədindən istifadə etmək istədik. Azərbaycan isə heç bir ölkədən almadıqları rüsumu bizdən almağı tələb edir.

2021-ci ilin iyununda dedilər ki, rüsumları ləğv edəcəyik, parlamentimizdən qanun çıxmasını gözləyirik, amma öyrəndik ki, qanun heç vaxt məclisdə olmayıb. Qardaş bir ölkə bizə bunu edir, başa düşmürük”. //Marja//












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.