“ABŞ Finlandiya və İsveçə lazımi mesajları çatdıracaq” - Cavuşoğlu

19-05-2022, 08:42           
“ABŞ Finlandiya və İsveçə lazımi mesajları çatdıracaq” - Cavuşoğlu
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Nyu-Yorkda ABŞ-ın dövlət katibi Entoni Blinkenlə bir araya gəlb.

Görüşdən sonra mətbuat mənsublarına açıqlamalar verən nazir danışıqları müsbət qiymətləndirib.

“Blinkenlə Strateji Mexanizm çərçivəsində çox müsbət görüşümüz oldu. Biz ikitərəfli münasibətləri, o cümlədən regional məsələləri, həmçinin İsveç və Finlandiyanın NATO-ya üzvlüyü məsələsini müzakirə etdik. Biz əməkdaşlıq sahələrimizi necə təkmilləşdirə biləcəyimizdən danışdıq”, - deyə Çavuşoğlu bəyan edib.

Jurnalistlərin suallarını cavablandıran XİN rəhbəri ABŞ və Türkiyə arasında F-16 qırıcılarınınnın satışı ilə bağlı danışıqların müsbət istiqamətdə davam etdiyini bildirib.

O, həmçinin NATO-ya üzv və namizəd ölkələrin terror təşkilatlarına dəstək verməsini, təşkilata üzv olan və ya olmağa hazırlşan ölkələrin bir-birinə silah satışı məhdudiyyətləri tətbiq etməsini qəbuledilməz adlandırıb.

Çavuşoğlunun sözlərinə görə, Blinken Finlandiya və İsveçin Türkiyənin təhlükəsizliklə bağlı narahatlıqlarını aradan qaldırması üçün onlara lazımi mesajları çatdıracağını vəd edib.

Mənbə: TRT












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru