Lüks avtomobilini evakuatorla şəhərdə “gəzdirdi”: “Markanın qüsurudur” - VİDEO

19-05-2022, 10:14           
Lüks avtomobilini evakuatorla şəhərdə “gəzdirdi”: “Markanın qüsurudur” - VİDEO
Türkiyənin Antalya şəhərində avtomobili nasaz olduğundan sürə bilməyən şəxs qəribə üsula əl atıb.

Beş il əvvəl aldığı lüks avtomobilinin xarab olduğu üzə çıxdıqdan sonra Mustafa Aydemir onu evakuatora qoyaraq şəhərboyu “gəzdirib”.

O, avtomobilinin üstünə “markanın qüsurlu məhsuludur, beş ildir, yatır” yazısı yapışdırıb.

“Maşınla gəzə bilmirəm, heç olmasa, evakuatorla onu gəzdirim”, - deyə avtomobilin sahibi hərəkətini əsaslandırıb.


Mənbə: İHA












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru