Ərdoğan İsveç və Finlandiyaya: “Artıq seçim etməlidirlər”

24-05-2022, 00:08           
Ərdoğan İsveç və Finlandiyaya:
Bizim NATO-nun genişlənməsinə dair mövqeyimiz kiməsə qarşı düşmənçilik deyil, terrora qarşı olan prinsipal mövqedir.

APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan nazirlər kabinetinin icalsından sonra açıqlamasında deyib.

O qeyd edib ki, İsveç və Finlandiyada Türkiyə qarşı atılan addımlar qəbul edilməyəcək. Ərdoğan əlavə edib ki, ötən günlərdə bu məsələləri NATO-nun Baş katibi və Alyans daxilində müttəfiq ölkələrin fərqli dövlət başçıları ilə də müzakirə edib.

“Biz işimizi, hansı addımları atacağımızı bilirik. Bu ölkələr artq terror təşkilatlarına dəstək verməklə Türkiyədən NATO-ya üzvlük məsələsində “hə” eşitmək arasında seçim etməlidirlər”, - deyə o bildirib.

Onun sözlərinə görə, Türkiyə mövqeyini bu ölkələr terror təşkilatlarına dəstəyini kəsdikdən sonra dəyişəcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru