İstanbulda İŞİD-in kamikadzesi bomba hazırlığı zamanı saxlanıldı

25-05-2022, 11:14           
İstanbulda İŞİD-in kamikadzesi bomba hazırlığı zamanı saxlanıldı
İstanbulda İŞİD-dən olan kamikadze hücum aktına hazırlaşdığı zaman saxlanılıb. Bu barədə Daxili İşlər Nazirliyindən açıqlama verilib.

İstanbul Polis Kəşfiyyatının Terrorla Mübarizə Bölmələri tərəfindən İŞİD terror təşkilatının fəaliyyətini deşifrə etmək üçün aparılan araşdırmalar zamanı kamikadze hücumuna hazırlaşan xarici ölkə vətəndaşı Anas Abbud Alşahi Bnaman bu gün Küçükçekmece mahalında, yaşadığı ünvanda saxlanılıb.

Onun yaşadığı evdə axtarışlar zamanı tapılan rəqəmsal materiallar müsadirə edilib.

Tutulan terrorçu ilə birlikdə bu, İŞİD-in bu il planlaşdırdığı 12-ci kamikadze hücumunun qarşısının alınması halıdır.

Bundan başqa, İstanbulda İŞİD terror təşkilatının üzvü olduqları müəyyən edilən şəxslərə qarşı eyni vaxtda keçirilən əməliyyatlarda dörd şübhəli saxlanılıb.

Mənbə: Haber Global












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru