Antalya Hava Limanında rusiyalı turist özünü asıb - VİDEO

25-05-2022, 12:04           
Antalya Hava Limanında rusiyalı turist özünü asıb - VİDEO
Antalya Hava Limanında boynuna kəndir bağlayaraq intihara cəhd edən əcnəbi turisti hava limanının işçiləri son anda boğazındakı naqili kəsərək xilas ediblər. Baş verənlər mobil telefonun kamerasına əks olunub.


Antalya Hava Limanının 2-ci Beynəlxalq Terminalında Rusiya vətəndaşı, 38 yaşlı Aleksandr Rusakov naməlum səbəbdən boynuna bağladığı kəndirlə özünü reklam lövhəsinin üstündəki boşluğa atıb. Aeroport işçiləri Rusakovun köməyinə qaçıblar. Dərhal havaya qaldırılan şişmə döşəklə ayaqları dəstəklənən şəxsin boynundakı kəndir nərdivanla yuxarı qalxan məmur tərəfindən qayçı ilə kəsilib.

Xəstəxanaya aparılan Rusakovun müalicə altına alındığı bildirilib.


Mənbə: Sondakika.com












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru