“Türkiyə və İsrail səfirlərin təyin edilməsi imkanlarını dəyərləndirməyə hazırdır” - Çavuşoğlu

26-05-2022, 09:28           
“Türkiyə və İsrail səfirlərin təyin edilməsi imkanlarını dəyərləndirməyə hazırdır” - Çavuşoğlu
İsrail və Türkiyə İsrailin xarici işlər naziri Yair Lapidin Ankaraya səfəri zamanı iki ölkənin səfirlərinin təyin olunması imkanlarını dəyərləndirməyə hazırdır.

“Report”un məlumatına görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu İsrailə səfəri zamanı deyib.

“Biz nazirliklərimizlə müvafiq dövlət qurumları arasında texniki görüşləri bərpa etmək barədə razılığa gəldik. Lapidin Türkiyəyə səfəri zamanı İsraillə qarşılıqlı səfirlərin təyin edilməsi məsələsini dəyərləndirmək qərarına gəldik”- deyə, Türkiyəli nazir əlavə edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru