Türk polisindən gözlənilməz ƏMƏLİYYAT: İŞİD lideri İstanbulda yaxalandı

26-05-2022, 12:49           
Türk polisindən gözlənilməz ƏMƏLİYYAT: İŞİD lideri İstanbulda yaxalandıTürk polisindən gözlənilməz ƏMƏLİYYAT: İŞİD lideri İstanbulda yaxalandı
facebook sharing buttontwitter sharing buttonwhatsapp sharing buttonsmartbee sharing button

İŞİD terror qruplaşmasının lideri İstanbul polisinin həyata keçirdiyi əməliyyatla yaxalanıb.

Yenicag.az xəbər verir ki, bu barədə “Oda Tv” məlumat yayıb.

Bildirilib ki, ötən həftə İŞİD lideri Əbu Həsən əl-Qureyşinin İstanbulda olduğu ilə bağlı məlumat əldə edən polis təşkilatı geniş çaplı əməliyyat başladıb.

İstanbul Kəşfiyyat və Terrorla Mübarizə İdarəsi birliklərinin gizli keçirdiyi əməliyyatın ilkin mərhələsində əl-Qureyşinin qaldığı yer müəyyənləşdirilib.

Ərazini mühasirəyə alan polis birlikləri İŞİD liderini bir güllə belə atmadan yaxalayıblar.

Terrorçubaşının Mili Kəşfiyyat İdarəsi tərəfindən dindirildiyi və önəmli məlumatların əldə edildiyi qeyd olunan xəbərdə bildirilib ki, əl-Qureyşinin yaxalanma xəbəri ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən açıqlanacaq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.