Qadın profili açan kişi qızının sevgilisi ilə tanış oldu: Görün sonda nə oldu - Şok hadisə

27-05-2022, 00:04           
Qadın profili açan kişi qızının sevgilisi ilə tanış oldu: Görün sonda nə oldu - Şok hadisə
Türkiyədə dəhşətli cinayət hadisəsi baş verib.

Teref.az-ın xəbərinə görə, hadisə Seyhan rayonunun Onur məhəlləsində baş verib.

Belə ki, 37 yaşlı Məsud Toprak 17 yaşlı qızının Adanada sevgilisi olduğunu öyrənib.

Bundan sonra Məsud Toprak "Ahsen" adlı saxta sosial media hesabı açaraq gənclə danışmağa başlayıb.

"Ahsen" gəncə Cansu adlı bir rəfiqəsinin olduğunu və onunla görüşmək istədiyini deyərək öz məhəllələrinə çağırıb. Gənc isə Cansu adlı qızla tanış olacağını düşünüb və dostları ilə birlikdə avtomobillə Toprağın söylədiyi küçəyə gəlib.

Güllələr Toprağın ayağına və başına dəyib, şübhəlilər hadisə yerindən qaçıblar. Silah səslərini eşidən məhəllə sakinlərinin çağırdığı təcili tibbi yardım heyəti Toprağın öldüyünü təsbit edib.

Toprağa atəş açan şübhəlilər müəyyən edilərək saxlanılıblar.(apa)












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.