Bizdən Osmanlıya qarşı istifadə etdilər, indi də...

15-06-2022, 09:28           
Bizdən Osmanlıya qarşı istifadə etdilər, indi də...
Yunanıstan hökuməti ölkəni nəhəng ABŞ bazasına çevirir.

Axar.az xəbər verir ki, bu sözləri yunan deputat Kleon Qriqoriadis deyib.

O bildirib ki, mediada Türkiyə ilə yaxında müharibənin olacağı ilə bağlı spekulyasiyalar yürüdülür:

“Hazırda türk əsgərlər deyil, amerikalı hərbçilər Girit, Dədəağac, Larisadadır. Sizin ABŞ-a verdiyiniz digər bölgələrdə gəzirlər. Bunu açıq deməliyik. Hazırda Yunanıstan nəhəng ABŞ bazasına çevrilib”.

Onun sözlərinə görə, bu qədər bazanın yaradılması yunan vətəndaşlarının qorxudulması məqsədini daşıyır:

“Bizdən istifadə edirlər. Tarixdən görünür ki, böyük güclər kiçikləri alət edir, öz mənafeyi üçün istifadə edir. 1922-ci ildə olduğu kimi... Qlobal qüvvələr o dönəmdə Osmanlıda olan neft yataqlarını ələ keçirmək üçün yunanlardan Mustafa Kamalın yeni türklərinə qarşı istifadə etdilər. İndi də bizi ağılsızlar kimi istifadə edirlər. Biz tarixdən dərs olmalıyıq”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru