Türkmənistanda sakinlərə hökumətdən icazə almadan paytaxtı tərk etməyə icazə verildi

17-06-2022, 11:14           
Türkmənistanda sakinlərə hökumətdən icazə almadan paytaxtı tərk etməyə icazə verildi
Artıq Aşqabad sakinlərinin paytaxtdan regionlara getmək üçün Türkmənistanın Miqrasiya Xidmətindən icazə almasına ehtiyac yoxdur. Ancaq rayon sakinlərinin paytaxta səfəri üçün icazə məsələsi qüvvədə qalıb.

Hər iki kateqoriyada olan sakinlər qatar və təyyarə ilə səyahətdən 72 saat əvvəl alınan COVID-19 testinin mənfi cavabını təqdim etməlidir.

Bundan əvvəl Türkmənistan sakinlərinə paytaxta girib-çıxmaq üçün icazə ancaq dəfn mərasimlərində iştirak, təcili tibbi yardım almaq, işlə başlı zərurət və təhsil məqsədi olarsa verilirdi.

Mənbə: Gazeta.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru