İsrailin Xarici İşlər nazirinin Türkiyəyə səfər planı dəyişmədi

22-06-2022, 08:11           
İsrailin Xarici İşlər nazirinin Türkiyəyə səfər planı dəyişmədi
“Anadolu Agentliyi” xəbər verir ki, İsrailin Xarici İşlər naziri Yair Lapid iyunun 23-də Türkiyəyə səfər edəcək. Bu barədə açıqlamanı İsrail XİN-in təmsilçisi Lior Hayat verib. Onun sözlərinə görə, parlamentin (Knesset) buraxılmasının Türkiyə ilə razılaşdırılmış səfər proqramına heç bir təsiri olmayacaq.

Qeyd edək ki, iyunun 20-də İsrailin Baş naziri Naftali Bennet ilə Xarici İşlər naziri Yair Lapid parlamenti buraxmaq və növbədənkənar seçkilər keçirmək qərarını veriblər. Bu qərardan sonra İsrail mətbatında Lapidin Türkiyəyə səfərini təxirə sala biləcəyi ehtimalları yayılmışdı.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru