Nazarbayevin qardaşına yeni ittihamlar - Şirkətləri qanunsuz ələ keçirməkdə ittiham olunur

22-06-2022, 07:55           
Nazarbayevin qardaşına yeni ittihamlar -
Qazaxıstanda Karuan maliyyə xidmətləri şirkətinin sahibləri ölkənin keçmiş prezidenti Nursultan Nazarbayevin qardaşı Bolat Nazarbayevi şirkəti qanunsuz ələ keçirməkdə ittiham edir.

Maliyyə Monitorinqi Agentliyi şirkət sahiblərinin məhkəmə iddiası qaldırdığını bildirir.

Agentliyin iyunun 21-də yaydığı bəyanatda deyilir ki, Almatı Şəhər Prokurorluğu iddianı qəbul edib və hazırda onu tədqiq edir. Keçmiş prezidentin qardaşına cinayət işi açılmasına sonra qərar veriləcək.

Qurum iddianı kimin qaldırdığını açıqlamayıb. Ancaq yerli media Nazarbayev və onun keçmiş həyat yoldaşı Maira Qurmanğalıyevaya qarşı iddianın təşəbbüskarının Nurşa Kakenov olduğunu yazır.

69 yaşlı Bolat Nazarbayev yanvarın əvvəlində hökumətə qarşı etirazlar vaxtı Qazaxıstandan qaçıb, hazırda Dubayda olduğu güman edilir.
81 yaşlı Nursultan Nazarbayev və klanı yanvar etirazlarından sonra gücünü və nüfuzunu itirib. Həmin etirazlarda azı 230 nəfər öldürülüb, minlərlə insan yaralanıb.

Nazarbayevin bir sıra qohumları, ailəyə yaxın olanlar ya vəzifədən çıxarılıb, ya da istefa verib. Onlardan bəziləri korrupsiya ittihamları ilə həbs olunub. İyunun əvvəlində Tokayevin təşəbbüsü ilə keçirilən referendum nəticəsində konstitusiyadan Nazarbayevlə bağlı maddələr çıxarılıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.