Mirziyoyevin adını çəkdiyi azərbaycanlı türkoloq danışdı - "O qədər işin arasında..."

23-06-2022, 11:43           
Mirziyoyevin adını çəkdiyi azərbaycanlı türkoloq danışdı -
Mirziyoyevin adını çəkdiyi azərbaycanlı türkoloq danışdı
"Azərbaycanlı dostlarımıza təşəkkür edirik. Bu yaxınlarda Bakıda Əlişir Nəvainin məşhur ədəbiyyatşünas Ramiz Əsgər tərəfindən tərcümə edilmiş onlarca kitabı nəşr edilib".

Teref.az xəbər verir ki, bu sözləri Özbəkistan prezidenti Şavkat Mirziyoyev İlham Əliyevin Daşkəndə səfəri çərçivəsində türkoloq, şair-publisist, professor Ramiz Əskər haqqında deyib.

Özbəkistan liderinin çıxışı ilə bağlı Teleqraf.com-a açıqlama verən Ramiz Əskər Mirziyoyevə təşəkkürünü bildirib. Türkoloq qeyd edib ki, Özbəkistanla bağlı işləri bundan sonra da davam edəcək:

“Son 3 il ərzində Əlişir Nəvainin 11 kitabını tərcümə etdim. Bu kitabları Özbəkistan Prezidentinə, nazirliklərinə, Yazıçılar İttifaqına göndərirdim. Ölkə başçımız Özbəkistanda səfərdə olanda Mirziyoyevlə mətbuat konfransı keçirdilər. Konfransda Özbəkistan prezidenti müxtəlif məsələlərdən, ölkələrimiz arasındakı mədəni və siyasi əlaqələrdən danışıb, ədəbiyyatdan söz açıb, mənim də adımı qeyd edib. Bunu Özbəkistandan mənə yazdılar, çıxışın özbək və ruscasını da gördüm. O qədər işin arasında adımı yadda saxladığı üçün Özbəkistan prezidentinə çox təşəkkür edirəm”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru