Karen Donfrid: “Türkiyənin Finlandiya və İsveçin NATO üzvlüyü ilə bağlı narahatlığını qəbul edirik”

23-06-2022, 12:15           
Karen Donfrid: “Türkiyənin Finlandiya və İsveçin NATO üzvlüyü ilə bağlı narahatlığını qəbul edirik”
ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid bildirib ki, Türkiyə Finlandiya və İsveçin NATO-ya üzvlüklə bağlı haqlı narahatlığını qəbul edir.

Bu barədə “Report” Türkiyə mətbuatına istinadən xəbər verir.

Donfrid Finlandiya və İsveçin NATO-ya qoşulmasının alyansı daha da gücləndirəcəyini qeyd edib, lakin Türkiyənin narahatlıqlarına da toxunub.

“Türkiyənin terrorla bağlı haqlı narahatlığını qəbul edirik”, - ABŞ rəsmisi deyib. Donfrid NATO-nun baş katibi Yens Stoltenberqin bu mövzuda Ankara, Helsinki və Stokholmla görüşlər keçirəcəyinə söz verməsinə də diqqət çəkib.

ABŞ Dövlət katibinin köməkçisi Finlandiya və İsveçin NATO üzvlüyünün bütün ölkələrin səsləri ilə təmin olunacağına işarə edib. "Təbii ki, ABŞ da Türkiyə kimi terrora dəstəyə son qoymaq istəyir, bu məsələyə ciddi yanaşırıq. Məndə olan məlumata görə, 3 ölkə arasında danışıqlar yaxşı gedir”, - ABŞ rəsmisi deyib.

Gələn həftə Madriddə keçiriləcək NATO sammitinə toxunan Donfrid Türkiyə ilə danışıqların sonunda tədbirdə İsveç və Finlandiyanın NATO-ya üzvlüyü ilə bağlı rəsmi sənədlərin imzalana biləcəyini vurğulayıb.

Donfrid əlavə edib ki, ABŞ İsveç və Finlandiya Türkiyənin narahatlığının tezliklə həll olunacağına inanır.шаблоны для dle 11.2


Loading...



Loading...





Loading...

Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.