Kürd döyüşçülərinin istifadəsində İsveç qumbaraatanları – “Yeni Şəfəq” yazır

27-06-2022, 08:35           
Kürd döyüşçülərinin istifadəsində İsveç qumbaraatanları –
Türkiyə kürd birləşmələrinin istifadəsində Qərbin silah növlərinin olduğu barədə təkzibolunmaz sübutlar müəyyən edib. Xüsusilə, söhbət İsveçin istehsalı olan AT-4 tank əleyhinə qumbaraatanlarından gedir.

«Yeni Şəfəq» nəşrinin xəbər verdiyi kimi, bu silah türklər Kürd Fəhlə Partiyası (PKK) döyüşçülərini mağaradan vurub çıxarandan sonra qeydə alınıb. Türkiyəli jurnalistlər, kompetent mənbələrə istinad edərək xəbər verirlər ki, bu, Ankara və Stokholmun arasında münasibətlərin gərginləşməsinə səbəb olub - bu fonda ki, Türkiyə rəhbərliyi İsveçin NATO-ya daxil olması yolunda məlum şərtlər irəli sürür.
Ətraflı

Nəşrin məlumatına görə, məsələ artıq İsveç-Türkiyə danışıqlarının gedişində qaldırılıb. Bu zaman Stokholm sözügedən məsələdə Ankaranın mövqeyini dəyişdirməyə cəhd göstərib. İsveç diplomatlar özlərini təmizə çıxarmağa cəhd göstəriblər ki, guya kürdlərə qumbaraatanları Ukraynadan qeyri-leqal yollarla ötürüblər. Ancaq bu versiya türkləri qane etməyib və onlar tərəfindən neqativ qarşılanıb. Bu barədə onlar İsveçli həmkarlarına açıq bəyan ediblər. Bundan əlavə, Türkiyə tərəf bununla bağlı öz təəccübünü Stokholma bildirib ki, qarşı tərəf PKK-nı dəstəkləmək məqsədilə 400 milyon avro ayırıb.

Beləliklə, buradan aydın olur ki, NATO-ya daxil olmaq yolunda İsveçin fəaliyyətində PKK-ya yönəlik heç bir pozitiv irəliləyiş yoxdur.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.