Ərdoğan: Putin və Zelenskidən asılıdır, 10 günə...

6-07-2022, 09:08           
Ərdoğan: Putin və Zelenskidən asılıdır, 10 günə...
Bir həftə - 10 gün ərzində danışıqları intensivləşdirib nəticə əldə etməyə çalışacağıq.

Axar.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukrayna taxılının ixracı məqsədilə yaradılması planlaşdırılan “taxıl dəhlizi” ilə bağlı açıqlamasında deyib.

“Qara dənizdə taxıl dəhlizi çox böyük əhəmiyyət kəsb edir. Putin və Zelenskinin bu mövzuda mövqeləri önəmlidir. Danışıqları davam etdiririk. Dünyaya çatdırılmasından danışırıq. Hazırda bizim taxılla bağlı problemlərimiz yoxdur, lakin dünyada, xüsusən Afrikada ciddi böhran yaşanır. Bizlər sözügedən mövzu ilə bağlı hər iki lider arasında vasitəçi olmağa və BMT rəhbərliyində cənab Quterreşlə görüşün təşkil edilməsinə çalışırıq”, - deyə Ərdoğan bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru