Rusiya Qazaxıstan neftinin yolunu bağladı - Hökumət təcili iclası keçirdi

7-07-2022, 00:01           
Rusiya Qazaxıstan neftinin yolunu bağladı -
Qazaxıstan hökuməti Xəzər Boru Kəmərinin fəaliyyətinin dayandırılması qərarından sonra fövqəladə iclas keçirib.

TRT xəbər verir ki, Qazaxıstan Baş Naziri Aparatının məlumatına görə, iclasda ölkə neftinin ixracına qoyulan məhdudiyyətin dövlət büdcəsinə vuracağı zərərin minimuma endirilməsi üçün lazımi tədbirlər müzakirə edilib.

Xatırladaq ki, Rusiya Məhkəməsi Xəzər Kəməri vasitəsilə Qazaxıstan neftini Qara dənizdəki Novorossiysk limanına daşıyan boru kəmərinin istismarını 30 gün müddətinə dayandırmaq qərarına gəlib.

Daha əvvəl mövcud texniki problemlərin həlli üçün noyabrın 30-na qədər vaxt verilsə də, bununla belə, regional nəqliyyat tənzimləyicisi iyulun 6-da terminalın dərhal bağlanmasını tələb edib.

Bununla belə, Konsorsium qərardan şikayət edəcəyini bildirib.

“Xəzər Kəməri” Konsorsiumu Rusiya Federasiyasının qanunvericiliyi çərçivəsində fəaliyyət göstərir və məhkəmə qərarlarını icra etməyə məcburdur. Bu qərardan qanunvericiliyə uyğun olaraq apellyasiya şikayəti veriləcək”, - deyə şirkətdən bildirilib.

Qeyd edək ki, Qazaxıstan neftinin 80 faizini bu boru kəməri ilə ixrac edir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.