Türkiyə istehsalı olan haubitsaların tədarük ediləcəyi ilk ölkə məlum olub

8-07-2022, 08:51           
Türkiyə istehsalı olan haubitsaların tədarük ediləcəyi ilk ölkə məlum olub
Türkiyənin "MKE AŞ" müdafiə şirkəti tərəfindən istehsal olunan ən yeni "Yavuz" özüyeriyən haubitsalarını alan ilk ölkə Malayziya olacaq.

"Report" "Anadolu"ya istinadən xəbər verir ki, bu barədə razılıq Malayziyanın Baş naziri İsmayıl Səbri Yakubun rəhbərlik etdiyi nümayəndə heyətinin Türkiyəyə səfəri zamanı əldə edilib.

Lüləsinin uzunluğu 52 mm olan “Yavuz” özüyeriyən haubitsaları 155 mm çaplı sursatdan istifadə edir.
Ətraflı

Türkiyə istehsalı olan yeni haubitsa NATO standartlarına uyğunluq üzrə bütün sınaqlardan uğurla keçib.

Haubitsanın döyüş vəziyyətinə gətirilməsi maksimum 1 dəqiqə, yerinin dəyişdirilməsi isə 2 dəqiqə çəkir. Atəş sürəti - 40 km-ə qədər məsafədədir. “Yavuz” özüyeriyən haubitsalarının ekipajı 5 nəfərdən ibarətdir. Maksimal sürət saatda 90 km-dir.

Haubitsalar üç növ sursatdan istifadə edə bilər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru