Türkiyədə dərmanlar bahalaşdırıldı: - Bu qərar Azərbaycana necə təsir edəcək?

8-07-2022, 15:28           
Türkiyədə dərmanlar bahalaşdırıldı: - Bu qərar Azərbaycana necə təsir edəcək?
Türkiyədə Rəsmi Qəzetdə dərc edilən qərara görə, bu gündən etibarən bütün dərmanların qiyməti 25 faiz artırılıb. DİA.AZ sfera.az-a istinadla xəbər verir ki, dərmanların qiymətinə yenidən baxılması avronun bahalaşması ilə bağlıdır.

Qeyd edək ki, Türkiyə Azərbaycana ən çox dərman satan ölkələrdən biridir. 2020-ci ilin məlumatına əsasən, Azərbaycan 327,1 milyon dollar dəyərində dərman alıb ki, bunun da 60 milyon dolları Türkiyənin payına düşüb. Dərman idxalının dəyərinə görə Türkiyə ilk sıradadır.

Buna görə də Türkiyədə dərmanların 25 faiz bahalaşdırılması Azərbaycanda da dərmanların bahalaşmasına əsas yaradacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru