Türkiyə sakini evləndikdən iki gün sonra arvadını öldürdü

9-07-2022, 08:48           
Türkiyə sakini evləndikdən iki gün sonra arvadını öldürdü
Konyada 52 yaşlı Murat Dəmir iki gün əvvəl evləndiyi Keziban Dəmiri evdə bıçaqlayıb.

Hadisə məişət münaqişəsi zəminində baş verib.

Polis və təcili yardım dəstələri insidentin yaşandığı əraziyə gəlsələr də xanımın həyatını xilas etmək mümkün olmayıb. O, aldığı bıçaq yarasından vəfat edib.

Qeyd edək ki, bundan öncə kişinin bir, qadının isə iki dəfə ailəli olduğu bildirilib.

Cinayətlə bağlı polis araşdırma aparır.

Mənbə: Haber Global












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru