KİV: “Kanada Ankaranın tələbi ilə rəsmi sənədlərdə Türkiyənin adını dəyişib”

10-07-2022, 00:12           
KİV: “Kanada Ankaranın tələbi ilə rəsmi sənədlərdə Türkiyənin adını dəyişib”
Kanada hökuməti rəsmi sənədlərdə Türkiyənin adını türkcə fonetik qaydalara uyğun yazılsın deyə dəyişib.

Bu barədə “CTV” kanalı məlumat yayıb.

Kanada Xarici İşlər Nazirliyinin nümayəndəsi bildirib ki, bu, Türkiyənin istəklərinə hörmət əlaməti olaraq edilib.

Bundan sonra Turkey (ingilis dilində “türklər” kimi tələffüz olunur - Red) və Turquie (fransızca “türklər” kimi oxunur - Red) əvəzinə bu ölkənin adı Turkiye (Kanada hökumətinin rəsmi sənədlərində “türklər”) yazılacaq.

Qeyd edək ki, Türkiyənin müraciətindən sonra Birləşmiş Millətlər Təşkilatı tərəfindən xarici dillərdə “Turkey” olaraq istifadə olunan ölkə adı “Türkiye” olaraq dəyişdirilib. Müraciət BMT tərəfindən qəbul edilərək təsdiqlənib. Nəticə etibarilə beynəlxalq səviyyədə ölkə adı olaraq istifadə olunan “Turkey” kəlməsi “Türkiye”yə dəyişdirilib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.