Türkiyənin Muğla şəhərinin Bodrum rayonunda meşə yanğını başlayıb.
Yanğınsöndürmə xidmətinin qurudan və havadan müdaxiləsi nəticəsində yanğın nəzarətə alınıb. Yanğın başlayandan sonra bölgəyə 7 təyyarə, 6 helikopter, həmçinin 20-dən çox xüsusi texnika cəlb edilib. Yanğının baş vermə səbəbi hələ ki, məlum deyil.