Ərdoğanla Putin “taxıl məsələsini” müzakirə etdi

12-07-2022, 00:02           
Ərdoğanla Putin “taxıl məsələsini” müzakirə etdi
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiyanın dövlət başçısı Vladimir Putin arasında telefon danışığı olub.

Qafqaz.media “TRT World”a istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, hər iki ölkənin liderləri regional məsələləri, o cümlədən Rusiya ilə Ukrayna arasında davam edən müharibəni müzakirə ediblər.

Həmçinin, prezidentlər Suriyadakı mövcud vəziyyəti, eləcə də Qara dənizdə taxıl ixracı üçün təhlükəsiz dəhlizin yaradılması barədə fikir mübadiləsi aparıblar.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru