İstanbuldakı Taxıl Sammitində ilk razılaşma əldə olundu - YENİLƏNİB

14-07-2022, 00:04           
İstanbuldakı Taxıl Sammitində ilk razılaşma əldə olundu -
İstnabulda Türkiyə, Rusiya və Ukrayna Müdafiə nazirlikləri ilə Birləşmiş Millətlər Təşkilatının (BMT) nümayəndə heyətləri arasında görüşün ilk nəticəsi məlum olub.

Bu barədə Türkiyənin müdafiə naziri Hulusi Akar danışıb.

Onun sözlərinə görə, danışıqlar zamanı İstanbulda tərəflərin nümayəndələrinin yerləşəcəyi koordinasiya mərkəzinin yaradılması razılaşdırılıb.

18:54

Türkiyə, Rusiya və Ukrayna Müdafiə nazirlikləri ilə Birləşmiş Millətlər Təşkilatının (BMT) nümayəndə heyətləri arasında görüş başa çatıb.

Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Nümayəndə heyətləri Ukrayna limanlarında gözləyən taxılın dəniz yolu ilə beynəlxalq bazarlara təhlükəsiz daşınması üçün danışıqlar aparıb.

16:01

İstanbulda Türkiyə, Rusiya və Ukraynanın müdafiə nazirlikləri, eləcə də Birləşmiş Millətlər Təşkilatı (BMT) nümayəndələrinin görüşü başlayıb.

Nümayəndə heyətlərinin Ukrayna limanlarından taxılın dəniz yolu ilə beynəlxalq bazarlara təhlükəsiz daşınmasına dair razılığa gələcəyi gözlənilir.

Qeyd edək ki, bu, onların dördtərəfli formatda ilk görüşüdür.

13:09

Türkiyə, Rusiya, Ukrayna və Birləşmiş Millətlər Təşkilatının nümayəndələri taxıl dəhlizi danışıqları üçün bu gün İstanbulda bir araya gələcəklər.

Danışıqlarda iştirak edəcək Rusiya nümayəndə heyətini daşıyan təyyarə Moskvadan İstanbul hava limanına gəlib.

“Tupolev 134” tipli təyyarə İstanbul Hava Limanına eniş edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru