"Rusiyadan gedən şirkətləri bizə cəlb edin" - Tokayevdən hökumətə TAPŞIRIQ

14-07-2022, 12:38           
"Rusiyadan gedən şirkətləri bizə cəlb edin" -
Qazaxıstan prezidenti Kasım-Comert Tokayev hesab edir ki, bu gün hamı investisiya kapitalı uğrunda qlobal savaşın şahididir.

TEREF publika.az-a istinadla xəbər verir ki, Qazaxıstanın dövlət başçısı hökumətin geniş iclasında bildirib ki, müharibəyə qədər Rusiyada fəaliyət göstərən təxminən 1.400-ə yaxın xarici şirkətin böyük əksəriyyəti ya işini dayandırıb, ya da Rusiya bazarından tamamilə gedib.

O, hökumətə həmin xarici şirkətlərin Qazaxıstanda relokasiyası üçün əlverişli şərait yaratmağı tapşırıb:

"Bu bizə orta və yuxarı səviyyələrdə məhsul istehsalını artırmaq üçün yaxşı imkanlar yaradacaq".

Qeyd edək ki, bir qədər əvvəl də Qazaxıstan prezidenti respublikada rahat relokasiya şəraitini yaratmaq üçün hökumətə tapşırıq vermişdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru