PKK tərəfdarı deputatın toxunulmazlıq qərarından əvvəlki və sonrakı halı

4-05-2016, 15:57           
PKK tərəfdarı deputatın toxunulmazlıq qərarından əvvəlki və sonrakı halı
Türkiyə parlamentinin konstitusiya komissiyasının iclasında millət vəkillərinin toxunulmazlıqlarının aradan qaldırılması ilə bağlı müzakirələr zamanı PKK-nın siyasi qolu HDP-dən olan deputatlar növbəti dəfə dava salıblar.

Avropa.info xəbər verir ki, millət vəkilləri arasında başlayan söz mübahisəsi bir anda davaya çevrilib. Vəkillər, təpik və yumruqlarla bir-birinə girib. Dava zamanı HDP-li deputat İdris Baluken stolun üstünə çıxaraq AKP-dən olan millət vəkillərinə hücum edib. Lakin, onun yanında olan digər HDP-li deputat Sirri Sürəyya Öndərin davadan qaçması ilə Baluken tək qalıb. Ağır zərbələr alan və döyülən PKK müdafiəçisi olan deputatın çiyini çıxıb.

Qeyd edək ki, dava-dalaşa baxmayaraq haqlarında dosye toplanan HDP-çi deputatların toxunulmazlıqlarının aradan qaldırılması AKP, CHP və MHP-nin səsləri ilə qəbul edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru