Rus dövlət rəsmisi Türkiyəni təhqir etdi - "Sonunun nə olduğunu hamımız yaxşı bilirik"

4-05-2016, 16:51           
Rus dövlət rəsmisi Türkiyəni təhqir etdi - "Sonunun nə olduğunu hamımız yaxşı bilirik"
Rusiyanın Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova Türkiyəyə qarşı yenidən təhqiramiz ifadələrdən istifadə edib.

Avropa.info xəbər verir ki, Zaxarova mətbuata açıqlaması zamanı "Osmanlı İmperatorluğunun sonunun nə olduğunu hamımız yaxşı bilirik" deyə bildirib.

Rəsmi Ankaranın Osmanlını yenidən canlandırmaq istədiyini irəli sürən dövlət rəsmisi sözlərinə belə davam edib:

"Türk rəhbərliyi Osmanlı İmperatorluğunun qədim gücünü geri gətirmək istəyirmiş kimi bir təəssürat buraxır. Ən azından türk rəhbərliyini siyasətinin bütün komponentləri belə bir nəticəyə gəlməyə rəvac verir. Ancaq Osmanlı İmperatorluğunun sonunun nə olduğunu hamımız yaxşı bilirik."












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru