Ərdoğan İrana səfər edəcək

17-07-2022, 00:00           
Ərdoğan İrana səfər edəcək
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iyulun 19-da İrana səfər edəcək.

Publika.az "Haber Global"a istinadla xəbər verir ki, Türkiyə Prezidenti elə həmin gün Tehranda İran Prezidenti İbrahim Rəisi ilə görüşəcək.

Prezidentlərin görüşündə müştərək ticarət həcminin artırılması çərçivəsində yeni yol xəritəsi haqqında danışıqlar aparılacaq.

Danışıqlarda həmçinin terrorizm və qeyri-qanuni miqrasiya ilə mübarizə müzakirə olunacaq.

İki ölkəni maraqlandıran təhlükəsizlik məsələlərində həmrəyliyin artırılması istiqamətində atılan addımlar da müzakirə olunacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru