Özbəkistan Rusiya ilə avtobus reyslərini bərpa etdi
17-07-2022, 00:07
Özbəkistan Respublikası COVID-19 pandemiyası ilə əlaqədar Rusiya Federasiyasına dayandırılmış avtobus reyslərini bərpa edir.
Bu barədə Özbəkistanın Nəqliyyat Nazirliyi məlumat yayıb.
“Moskva, Kazan və Sankt-Peterburq şəhərləri ilə müntəzəm avtobus reysləri bərpa olunacaq” - Özbəkistanın Nəqliyyat Nazirliyinin məlumatında qeyd olunur.