Türkiyənin 3 rayonunda meşə yanğınları başladı

17-07-2022, 20:35           
Türkiyənin 3 rayonunda meşə yanğınları başladı
Türkiyədə yenidən meşə yanğınları başlayıb.

KONKRET.az-ın “Hürriyet” qəzetinə istinadən verdiyi xəbərə görə, yerli vaxtla saat 15.00 radələrində Balıkəsrin Kepsut rayonunun Karagöz məhəlləsi ətrafında başlayan yanğın küləyin də təsiri ilə yayılıb.

Balıkəsir valiliyinin yaydığı məlumatda bildirilib ki, yanğının söndürülməsinə 6 helikopter, 5 təyyarə, 9 maşın cəlb edilib. Yanğın yaşayış məntəqələrinə təhlükə yaratmır.

Bu gün saat 15.30 radələrində Çanaqqalanın Eceabat rayonunda Anzak kəndi yaxınlığında bir yük maşınında çıxan yanğın meşəyə də sıçrayıb. Yanğının söndürülməsi üçün havadan və qurudan müdaxilələr davam edir. Yanğının söndürülməsinə 2 helikopter və çoxlu sayda yanğınsöndürən maşınlar cəlb olunub. Güclü külək yanğının söndürülməsinə çətinlik yaradır.

İzmirin Sarnıç rayonunda da meşədə yanğın başlayıb. Yanğının söndürülməsinə 2 təyyarə, 3 helikopter və 17 yanğınsöndürmə maşını cəlb olunub.

Şikayətinizi və şahidi olduğunuz hadisəni çəki












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru