Türkiyənin DİN rəhbərinin əmisi oğlu qətlə yetirilib

19-07-2022, 08:05           
Türkiyənin DİN rəhbərinin əmisi oğlu qətlə yetirilib
Türkiyənin daxili işlər naziri Süleyman Soylunun əmisi oğlu Sefa Dönmez Trabzonda silahlı hücum zamanı qətlə yetirilib. Bu barədə “Report” “Haber Global”a istinadən xəbər verir.

Məlumata görə, hadisə dünən axşam saatlarında Of rayonunun Atatürk Bulvarında baş verib.

Fatih U. ilə Sefa Dönmez arasında naməlum səbəbdən mübahisə yaşanıb. Qısa müddət sonra davaya çevrilən hadisə zamanı Fatih U. üstündəki tapança ilə Dönmezə 5 dəfə atəş açıb.

Yaralı Of Dövlət Xəstəxanasına aparılıb, lakin həkimlərin müdaxiləsinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Hadisəni törədən şəxs polisə təslim olub. Faktla bağlı araşdırmalara başlayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru