Özbəkistan Prezidenti Qaraqalpaqda fövqəladə vəziyyət rejimini ləğv etdi

21-07-2022, 00:00           
Özbəkistan Prezidenti Qaraqalpaqda fövqəladə vəziyyət rejimini ləğv etdi
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Qaraqalpaq Respublikası ərazisində fövqəladə vəziyyət rejiminə xitam verilməsi haqqında fərman imzalayıb. "Report" bu barədə "Kun.uz"a istinadən xəbər verir.

Fərman 21 iyul 2022-ci il saat 05:00-dan qüvvəyə minir.

Sənəd təsdiq olunmaq üçün Özbəkistan Ali Məclisinin palatalarına göndərilib.

Xatırladaq ki, iyulun 2-də prezident Şavkat Mirziyoyev “Qaraqalpaqıstan Respublikası ərazisində fövqəladə vəziyyət rejiminin tətbiqi haqqında” fərman imzalayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru