Rusiya FTX Ermənistanın Türkiyə hərbçiləri barədə dezinformasiyasını təkzib edib - Detallar

22-07-2022, 09:23           
Rusiya FTX Ermənistanın Türkiyə hərbçiləri barədə dezinformasiyasını təkzib edib - Detallar
Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) Ermənistandakı sərhəd idarəsi və Milli Təhlükəsizlik Xidməti Türkiyə hərbçilərinin guya Ermənistanın Araqatsavan kəndi istiqamətində dövlət sərhədini keçməsi və bu ölkənin sakinlərinə qarşı hər hansı qanunsuz hərəkətlər etməsi ilə bağlı Ermənistan mətbuatında yayılan dezinformasiyaları təkzib ediblər.

TEREF.AZ “Report”a istinadla xəbər verir ki, bu barədə Sərhəd İdarəsinin mətbuat xidmətindən məlumat verilib.

"Yayılan məlumatlar həqiqətə uyğun deyil. Hazırda dövlət sərhədinin mühafizəsi xidməti gündəlik həyata keçirilir", - mətbuat xidmətindən bildirilib.

Qeyd edək ki, Erməmnistanda sosial şəbəkələrdə Türkiyə əsgərlərinin guya erməni çobanları əsir götürməsi, onların Rusiya tərəfinin köməyi ilə geri qaytarıldığı barədə yalan məlumatlar yayılıb. Dezinformasiya sonradan Ermənistanın yalan tirajlayan bir sıra tanınmış xəbər agentliklərində, saytlarında da dərc edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru