Afina türk məktəblərini bağladı - Ankaradan cavab

23-07-2022, 09:18           
Afina türk məktəblərini bağladı -
Yunanların qərarları Qərbi Trakyadakı soydaşlarımıza qarşı illərdir hər sahədə həyata keçirilən ayrı-seçkilik və təzyiq siyasətinin təhsil sahəsindəki göstəricisidir.

Axar.az xəbər verir ki, bunu Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Tanju Bilgiç Yunanıstanın Qərbi Trakiyada türk azlıqlara aid 4 məktəbi bağlamasına dair qərarını şərh edərkən deyib.

Yunanıstanı azlıqlara qarşı ayrı-seçkilik siyasətinə son qoymağa çağıran Bilgiç Afinanın tələblərə məhəl qoymadığını, hətta uşaqların təhsil hüquqlarını belə pozduğunu bəyan edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru