Akar Şoyqu ilə yenidən görüşəcək...

23-07-2022, 09:58           
Akar Şoyqu ilə yenidən görüşəcək...
Türkiyənin milli müdafiə naziri Hulusi Akar rusiyalı həmkarı Sergey Şoyqu ilə əlavə görüş keçirmək niyyətindədir.

Publika.az xəbər verir ki, bu barədə H.Şoyqu "CNN Türk" telekanalının efirində bildirib.

"Bir müddət sonra Sergey Şoyqu və ukraynalı dostlarımızla əlavə görüşümüz olacaq. Onların seçdikləri kadrları ən qısa zamanda mərkəzimizə göndərmələrini gözləyirik. Mərkəz fəaliyyətə başlayan kimi əməliyyatın ümumi koordinasiyası buradan həyata keçiriləcək", - deyə H.Akar bildirib.

Xatırladaq ki, ötən gün İstanbulda Türkiyə, Rusiya, BMT və Ukrayna arasında taxıl dəhlizinə dair saziş imzalanıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru