Hulusi Akar ukraynalı nazirlərlə danışdı

24-07-2022, 00:06           
Hulusi Akar ukraynalı nazirlərlə danışdı
Türkiyə milli müdafiə naziri Hulusi Akar ukraynalı həmkarı Aleksey Reznikov və Ukraynanın infrastruktur naziri Aleksandr Kubrakovla telefon danışığı aparıb.

Danışıq zamanı Odessa limanının raket atəşinə tutulması müzakirə edilib.
Akar Rusiya tərəfi ilə də danışıqların olduğunu vurğulayıb. Türkiyə milli müdafiə nazirinin sözlərinə görə, Rusiya tərəfi bu hücumla heç bir əlaqəsinin olmadığını bildirib.

Nazir həmçinin, bu hadisənin dünən imzalanan taxıl sazişindən dərhal sonra baş verməsinin Türkiyəni də narahat etdiyini vurğulayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru